Azərbaycanda ağır qəza - Yaralılar var

01
mar
2020
20:34
Kürdəmirdə xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb.
Belə ki, “Toyota Land Cruiser" markalı, "90-AA-047" dövlət seriya nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb.
Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı nəqliyyat vasitəsinin sürücüsü də daxil olmaqla, beş nəfər müxtəlif növ bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıb.
Fakt araşdırılır.
Oxşar xəbərlər
“Land Cruiser” sürücüsü ölüm ayağında olan xəstənin yolunu kəsdi - VİDEO
Sosial şəbəkələrdə təcili yardım maşınına yol verməyən avtomobilin görüntüləri yayılıb. BAKU.WS xəbər verir ki, videodan göründüyü kimi “Toyota Land Cruiser” ma...