Bakıda şok hadisə: Kişi qəflətən metronun çıxışında öldü

26
fev
2020
21:17
Bakıda kişi metronun çıxışında ölüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsində, Həzi Aslanov metrosunun çıxışında qeydə alınıb. Belə ki, təxminən, 30 yaşlı kişi metronun çıxışında yerləşən apteklərin birinə qaçaraq dərman alıb. O, qayıdarkən aptekin çıxışında dünyasını dəyişib.
Aptekdən bildiriblər ki, kişi “astma aparatı” alıb.
Hadisə yerinə polis və Təcili Tibbi Yardım çağırılıb. Meyitin kimliyi araşdırılır.
Oxşar xəbərlər
Dərman mafiyası quran vəzifəli şəxslərə cinayət işi açıldı - Aralarında general da var
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı istintaqı tamamlanmış cinayət işi məhkəməyə göndərilib.Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, Az...