İranla sərhəddə zəlzələ nəticəsində Türkiyədə 7 nəfər ölüb, 5 nəfər yaralanıb

23
fev
2020
14:00
Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ Türkiyədə dağıntı və tələfata yol açıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Türkiyənin Van rayonunun Başqala qəsəbəsində dağıntılar altında qalan 3-ü uşaq olmaqla, 7 nəfər ölüb, 5 nəfər yaralanıb.
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altında qalanların olduğunu bildirib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08.53 radələrində İranın Xoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.
Oxşar xəbərlər
Türkiyədə qar uçqununda 31 nəfər ölüb, 53 nəfər yaralanıb - YENİLƏNİB - FOTO
Türkiyədə qar uçqununda 31 nəfər ölüb, 53 nəfər yaralanıb. ***16:49 Türkiyənin Van vilayətinin Baxçasaray qəsəbəsində dünən axşam saatlarında qar uçqununa düşə...
