VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2014-cü ilin noyabrın 24-də Qəbələ rayonunda iş adamı Vahid Vahabovu qətlə yetirməkdə, həmçinin, vətəndaşlara ağır xəsarətlər yetirməkdə, onlara məxsus avtomobilləri qaçırmaqda şübhəli bilinən 17 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.

BAKU.WS
-in "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Hakimlər zala daxil olarkən təqsirləndirilən biri onlara etiraz edib: "Allahdan başqa hökm verən hər kəs kafirdir. Allah şahiddir ki, bizim məclisimiz sizin məclisdən ayrıdır. Heç biriniz bunlara qulaq asmasın, öz söhbətinizə davam edin".

Bundan sonra zərərçəkənlərdən biri ifadə verib. Ardınca isə təqsirləndirilən Xəlil Məmmədovun saxlanmasında və evində axtarış keçirilməsinə iştirak edən hüquq- mühafizə orqanlarının əməkdaşları şahid qismində dindirilib.

Elman Bayramov deyib ki, X.Məmmədov saxlanılarkən üzərindən odlu silah aşkarlanıb: "Sonra özü etiraf etdi, evində də baxış keçirirərkən 2 qumbara aşkar olunaraq götürülüdü".

Digər şahidlər Telman Bayramov, Elçin Tağıyev və Şahlar Cəfərov oxşar məzmunlu ifadə veriblər.

Məhkəmə prosesi martın 7-də davam etdiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə Nurəddin Xəlilov, MüşfiqMikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Coşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxalyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, ŞakirMəmmədov, Rafiq Bəyimov, Ceyhun Abdullayev, İlqarMusayev, Anar Rzayev, Niyaməddin Xəlilov, Fəxri Şirinzadə təqsirləndirilir. Qeyd olunan şəxslər dövlət əleyhinə yönələn addımlar atmaqda, silahlı qrup yaratmaqda, dövlət quruluşu əleyhinə fəaliyyət göstərməkdə, dini düşməniçilik yaratmaqda, oğurluqda, quldurluqda ittiham olunurlar.

BAKU.WS