SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

"Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib və atomobili əvvəlcə "Toyota", daha sonra "Nissan", "Daewoo" və "Kia" markalı avtomobillərə çırpıb.

Qəza nəticəsində "Mercedes"də olan sərnişin xəsarət alıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS
VİDEO