Tovuzda maşın aşdı - FOTO

20
fev
2020
20:50
Tovuz rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Xatınlı kəndində baş verib.
1989-cu il təvəllüdlü Mehrəliyev Emin Əziz oğlu idarə etdiyi "VAZ 2106" markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Saatlıda dəhşətli qəza - "Shacman" "Mercedes"in üstündən keçdi - VİDEO
Saatlıda ağır yol hadisəsi olub. Hərəkətdə olan yük maşını təkərində yaranmış problemə görə idarəetmədən çıxıb və qarşısındakı minik avtomobilinin üstünə çıxıb,...