VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Rusiyada Komi Respublikasının Vorkuta şəhəri yaxınlığında yerləşən "Severnaya” şaxtasında baş verən partlayış zamanı dağıntılar altında qalan 26 nəfərin həlak olduğu açıqlanıb.

ANS PRESS-in məlumatına görə, müvafiq açıqlamanı Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbəri Vladimir Puçkov verib. Onun sözlərinə görə, sağ qalanların tapılmasına ümid yoxdur.

"Biz mədənin qəzalı hissəsində yaranan vəziyəti nəzərə alaraq orda sağ qalanların olmadığını qeyd etməyə məcburuq. 26 mədənçinin olduğu ərazidə yüksək hərarət qeydə alınıb və orada oksigen yoxdur", - deyə o bildirib.

Rusiyanın FHN-in mətbuat xidmətindən bildiriblər ki, şaxtada həlak olanların və zərər çəkənlərin hər birinə dövlət mükafatları təqdim ediləcək.

*   *   *10:42

Rusiyanın Vorkuta şəhəri yaxınlığında yerləşən "Severnaya” şaxtasında baş vermiş yeni partlayış nəticəsində 5 xilasedici və 1 mədən işçisi ölüb.

APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti”yə xilasetmə xidmətindən bildirilib.

"03.35-də yeni partlayış baş verib. İlkin məlumata görə, 6 nəfər ölüb: 5 xilasedici və 1 şaxtaçı ölüb. Daha 5 nəfər isə xəsarət alıb”, - deyə mənbə bildirib.

Xatırladaq ki, qeyd olunan şaxtada birinci qəza bundan əvvəl, fevralın 25-də 748 metr dərinlikdə baş verib. Uçqun zamanı şaxtada 110 nəfər olub, onlardan 80 nəfəri şaxtadan çıxarmaq mümkün olub, 26 nəfərin taleyi məlum deyil.
 
BAKU.WS