8 noyabr prospektində yağışın yaratdığı fəsadlar aradan qaldırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının 8 noyabr prospektində yağışın yaratdığı fəsadlar aradan qaldırılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, işlər Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyində olan strukturların iştirakı ilə aparılır.
Ərazidə su nasosları, xüsusi texniki qurğular və ehtiyac olan yerlərə ağır texnikalar cəlb olunub.
Yaranmış vəziyyətlə bağlı yerlərdə BŞİH-nin monitorinq qrupu çalışır. Onlar su yığılan əraziləri, problemli ünvanları müəyyənləşdirir, aidiyyəti qurumlara məlumat verirlər.
Beləliklə, intensiv yağan yağışın törətdiyi fəsadları aradan qaldırmaq üçün Bakı şəhərinin bütün məsul qurumları koordinasiyalı şəkildə işləyirlər.
Qeyd edək ki, aprelin 5-6-da Bakı şəhəri və Abşeron yarımadasında yağıntının miqdarı aylıq normadan 4 dəfə artıq olub.
Qalereya
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...