SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində axşam saatlarında güclü külək bir sıra fəsadlara yol açıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, təbii hadisə şəhərin bir sıra yaşayış massivlərində ciddi problemlərə yol açıb.

Belə ki, hadisə nəticəsində şəhərin "Azərtifak" adlanan yaşayış massivində iri gövdəli ağac kökündən çıxaraq aşıb, əhalini mavi yanacaqla təmin edən qaz xəttini sıradan çıxarıb. Bundan əlavə, sözügedən yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

Hadisə yerinə Gəncə şəhər İcra Hakimiyyətinin rəsmiləri gəlib, qəzanın yaratdığı problemlərin həlli istiqamətində iş aparılır.

BAKU.WS
QALEREYA