SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bakının Nizami rayonunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 13 nəfər yaralanıb.
 
BAKU.WS-in məlumatına görə, xəsarət alanlardan 11 nəfər 2 saylı Sabunçu Xəstəxanasına çatdırılıb. Xəstəxanın baş həkimi Fikrət Zeynalovun BAKU.WS-ə verdiyi məlumata görə, hazırda yaralılardan birinin vəziyyəti ağırdır. Digərlərinin isə vəziyyəti orta-ağır qiymətləndirilir.

"Hazırda həkimlərimiz əllərindən gələni əsirgəmirlər. Yaralıların həyatlarını xilas etmək üçün xəstəxananın bütün həkim heyəti cəlb olunub”, - deyə Fikrət Zeynolov bildirib. 

 

 

***10:43*** 

 

Bakının Nizami rayonunda sərnişin avtobusu qəzaya düşüb.

BAKU.WS
-in məlumatına görə, hadisə metronun Qara Qarayev stansiyası yaxınlığında olub. 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu minik maşını ilə toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 10-a yaxın insan xəsarət alıb.

Hadisə yerinə Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasın 7 briqadası göndərilib. Xəsarət alan şəxslər 3 saylı Sabunçu xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

Ziya Babayev
BAKU.WS