SİZİN REKLAM BURADA!
055 213 76 73


Yevlaxda bir nəfər kanalda batıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Qarabağ kanalının Yevlax rayonu, Kolanı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Hazırda 1965-ci il təvəllüdlü Şölə Nağı qızı Rəsulovanın axtarışları davam etdirilir.


BAKU.WS