Sumqayıtda müştərilər restoranda hesab çox gəldiyi üçün administratoru döyüb

Sumqayıtda müştərilər restoranda hesab çox gəldiyi üçün administratoru döyüb
Hadisə 1709

Sumqayıt şəhərində yerləşən “Türkan” restoranında müştərilər və iaşə müəssisəsinin administratoru arasında dava düşüb.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, 4 nəfər müştəri hesabın çox olduğunu deyib. Obyektin ofisiantı bununla razılaşmayaraq administratoru çağırıb.

Mübahisə administratorla da davam edib. Bu zaman həmin müştərilər restoranın administratoru Rafiq Muradovu döyüblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər