SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuzda 3 nəfəri iş vaxtı elektrik cərəyanı vurub.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan yolunun Əyyublu kəndindən keçən hissəsində qeydə alınıb.

Yeni tikilən Gəncə-Gürcüstan yol tikintisində çalışan Tovuz sakinləri - 44 yaşlı Suliddin Abdullayev, Nihad Xudayi və 40 yaşlı Ayət Abduləzizov tikinti işlərilə məşğul olan zaman onları elektrik vurub.

Yaralılar ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib.

Daha sonra xəstələrin vəziyyəti ağır olduğundan Gəncə şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO