Elektrik ustasını dirəkdə cərəyan vurub öldürdü

Cəlilabad rayonunda elektrik ustası bədbəxt hadisə nəticəsində ölüb.
BAKU.WS-in məlumatına görə, hadisə rayonun Xəlilabad kəndində baş verib.
Rayonun Zopun kənd sakini, "Azərişıq" ASC-nin Cənub RETSİ-nin Cəlilabad Elektrik Şəbəkəsində elektrik ustası işləyən, 1990-cı il təvəllüdlü Rəciyev Qurban Ərəstun oğlu Xəlilabad kənd orta məktəbini elektrik enerjisi ilə təmin edən transformatora daxil olan elektrik naqillərini saxlayan dirəyə çıxaraq təmir işləri ilə əlaqədar kəsdiyi naqilləri bir-birinə bağlayarkən elektrik cərəyanı vurub.
Q.Rəciyev hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.
Oxşar xəbərlər
Yarımstansiyadan oğurluq etmək istəyən kişini cərəyan vurub öldürdü
Sumqayıtda elektrik yarımstansiyasından oğurluq etmək istəyən kişini elektrik cərəyanı vurub öldürüb. BAKU.WS-in məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayo...
