SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda baş verən yanğında ölən Şri-Lankadan olan üç tələbənin meyiti paytaxt Kolomboya çatdırılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Şri-Lankanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Meyitin aparılması Şri-Lankanın Tehran və Dohadakı diplomatik nümayəndəliklərinin vasitəçiliyi ilə həyata keçirilib. Artıq tələbələrinin vətənlərində dəfn mərasimi keçirilib. Hüzn mərasiminə ölkənin Təhsil naziri Bandula Qunavardena də qatılıb.

Xatırladaq ki, 9 yanvar tarixində Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 3 əcnəbi qız tüstüdən zəhərlənərək ölüb. Onlar Şri-Lanka vətəndaşları Jayakodi Arachchige, Tharuki Amaya və Malsha Sandeepanidir. Qızlar Qərbi Kaspi Universitetinin ingilis dili kurslarında dinləyici olublar.

Qeyd edək ki, hadisə isə əlaqədar Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.

BAKU.WS
QALEREYA