Bakıda ölən əcnəbi qızların FOTOLARI

Ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində tüstüdən zəhərlənərək ölən 3 əcnəbi qızın kimliyi məlum olub.
BAKU.WS Azvision.az-a istinadla xəbər verir ki, onlar Jayakodi Arachchige, Tharuki Amaya və Malsha Sandeepanidir. Qızlar Qərbi Kaspi Universitetinin ingilis dili kurslarında dinləyici olublar.
Qeyd edək ki, gecə saatlarında Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib.
Yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənərək ölüb. Həlak olan şəxslər Şri-Lanka vətəndaşlarıdır. Hadisə isə əlaqədar Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda 3 tələbə qızın ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Bakıda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Bakı Şəhər Prokurorluğundan BAKU.WS-ə məlumat verilib. Bildirilib ki, fakt...
