Oğuzda yol qəzasında 90 yaşlı kişi ölüb - FOTO

11
yan
2020
16:15
Oğuzda yol qəzasında 90 yaşlı kişi ölüb.
BAKU.WS "Report"a iastinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qumlaq kəndi ərazisində baş verib.
Belə ki, 1953-cü il təvəllüdlü Yusif Abdulqədirovun idarə etdiyi minik avtomobili ilə yük maşını toqquşub. Nəticədə Y.Abdulqədirov və onun sərnişini 1929-cu il təvəllüdlü Əhməd Rəhimov ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
90 yaşlı Ə.Rəhimov xəstəxanada keçinib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Üstünə avtomobil düşən kişi öldü
Şəkidə 64 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, yanvarın 7-də axşam saatlarında Şəki şəhəri, A.Əfəndiyev küçəsi e...
