VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyi bloqer Mehman Hüseynovun polislər tərəfindən saxlanılaraq döyülməsi haqda yayılan məlumatlara münasibət bildirib.

BAKU.WS xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Trend-ə bununla bağlı danışıb.

O, bildirib ki, M. Hüseynovun polis tərəfindən döyülməsi barədə səsləndirdiyi iddialar tamamilə əsassızdır:

"Dünən gecə saat saat 22 radələrindən başlayaraq Mehman Hüseynov və onun bir qrup tərəfdarı paytaxtın mərkəzində, Fəvvarələr meydanı ətrafında məhkəmənin qərarı ilə həbs edilmiş Pərviz Quluzadənin həbsdən azad olunması ilə bağlı şüarlar səsləndirib və ictimai asayişi pozmağa yönəlik hərəkətlər ediblər.

Polisin qanuni çağırışına məhəl qoymadıqları üçün Mehman Hüseynov və ətrafındakılar ərazidən uzaqlaşdırılıblar. Lakin onun polis tərəfindən döyülməsi barədə dedikləri tamamilə əsassızdır.

Əgər Mehman Hüseynovu sonradan kimsə döyübsə, onun bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ var. Müraciət edərsə, bu, araşdırılacaq”.

BAKU.WS