Yol polisinin rüşvət görüntüsü yayıldı - Polisdən rəsmi açıqlama - VİDEO
Sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılıb.
BAKU.WS xəbər verir ki, videodan yol polisinin yük maşınlarının sürücülərindən "postun pulu" adı ilə 10 manat istərən YPX əməkdaşı əks olunub.
Məsələyə aydınlıq gətirmək üçün Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. BDYPİ-nin HTT və İQƏŞ-nin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, təqdim olunmuş video görüntüyə baxış keçirilib.
“Yayılan video ilə bağlı araşdırma aparılacaq. Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək”, - deyə Rüfət Quliyev bildirib.
Oxşar xəbərlər
Polis mayoru "Ekologiya postu"nda sürücünü saxladı, mübahisə yarandı - VİDEO
Sosial şəbəkələrdə yol polisinin sürücünü haqsız yerə saxlaması ilə bağlı video yayılıb. BAKU.WS xəbər verir ki, həmin videoda minik maşınının “Ekologiya postu”...