SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunun Əyyublu kəndində gəlin itkin düşüb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Əyyublu kənd sakini, 25 yaşlı Gülnur Hüseynova evdən çıxıb və bir daha geri dönməyib.

Gülnurn anası Səmayə Hüseynova bildirir ki, qızı 20 dekabr tarixində evdən cıxıb, geri qayıtmayıb. Onu bu vaxta kimi gördüm deyən olmayıb.

Səmayə Hüseynovanın sözlərinə görə, qızının psixoloji problemləri var.

Hətta bu səbəbdən Qazax Regional rayonlararası Ruhi Xəstəxanada qalaraq müalicə də alıb.

Ailə Gülnuru xəstə olduğundan evdə nəzarət altında saxlayırmış. Anası bildirir ki, Gülnür bu vaxta kimi iki dəfə yoxa çıxıb.

Bir dəfə Gəncə şəhərində daha sonrakı vaxtlarda Tovuzda rayon mərkəzindən tapılıb.
Lakin bu dəfə itkin düşməsindən 6 gündən çox vaxt keçsə də, qızlarından bir xəbər çıxmayıb.

Dayısı Məmməd Məhərrəmov da Gülnurun daim nəzarətdə olduğunu deyir. Onun itkin düşdüyü gün isə evdə heç kim olmayıb. Belə olan halda Gülnur ev geyimi ilə evdən cıxıb.

Kənd sakinləri ilə söhbət zamanı bir neçəsi Gülnur Hüseynovanı həmin gün Bakı-Qazax-Gürcüstan avtomagistralının Əyyublu kəndinin ərazisindən keçən hissəsində yolun kənarında gördüyünü deyirlər.

Övladının bu günə kimi tapılmamasından narahat olan ana müraciət edərək, qızını görənlərdən onlara xəbər verməsini xahiş edib.

Ana bildirib ki, qızı Gülnur iki il bundan əvvəl ailə həyatı qurub. Lakin qısa müddətdən sonra boşanıb.

BAKU.WS