SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə ana və azyaşlı qızı dəm qazından zəhərlənib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Bağmanlar qəsəbəsi adlanan ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən qaz sobasının qəfil sönməsi nəticəsində ana və qızı zəhərlənib.

1992-ci il təvəllüdlü Almaz Quliyeva və onun 5 yaşlı qızı Səma Quliyeva zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Vəziyyəti ağır olan şəxslər reanimasiya şöbəsinə yerləşdirilib.

BAKU.WS