VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Rusiyaya məxsus, Hindistanın Qoa adasından Moskvaya hərəkət edən təyyarə təcili eniş edib.

Bunu BAKU.WS-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Qeyd olunub ki, Rusiyanın “Azur Air” aviaşirkətinin Qoa-Moskva marşrutu ilə hərəkət edən təyyarəsi texniki səbəblərlə əlaqədar Bakı aeroportunda eniş izni istəyib:

“Təyyarə yerli vaxtla saat 11:05-də uğurla eniş edib. Bütün sərnişinlər hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşdirilib, onlara qida və içki təqdim olunub. Bizdə olan məlumata görə, onların ardınca digər təyyarə gələcək".

BAKU.WS