SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyada Azərbaycan vətəndaşına məxsus ticarət mərkəzi söküləcək. 
 
BAKU.WS-in məlumatına görə, Moskva ticarət və xidmətlər departamentinin rəhbəri Aleksey Nemeryuk Azərbaycan vətəndaşı Ramin Soltanova məxsus "Piramida" ticarət mərkəzinin 24 fevralda söküləcəyini bildirib.
 
"Puşkin" metrosunun çıxışında yerləşən ticarət mərkəzinin kosmetika mağazaları artıq bağlanıb. Mağazaların mühafizəçiləri məsələ ilə bağlı jurnalistlərə açıqlama verməkdən imtina edirlər. Ticarət mərkəzindəki obyektləri icarəyə götürənlər artıq bir neçə gündür ki, çıxarılmağa başlanıb. Sökülən ticarət mərkəzinin yerində sakinlərin dincəlməsi üçün park salınacaq.

Qeyd edək ki, "Piramida" ticarət mərkəzi 90-cı illərdə salınan ən iri paytaxt tikililərindən biri sayılır. 
 
BAKU.WS