Qızdan şok hərəkət: 3 oğlanı Bakıdan rayona çağırdı və...

Cəlilabadda oğru dəstəsi ifşa olunub.
BAKU.WS-in Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, polis rayon sakininin evini qarət edən 4 nəfəri saxlayıb. Saxlanılan şəxslər - paytaxt sakini Ziya Xasayzadə ilə yanaşı, Masallı, Ağdam və Cəlilabad rayon sakinləri - İlyas Mikayılov, Emin Məmmədov və Esmira Həsənovadır.
Hadisənin məhz Cəlilabadda törədilməsi polisdə cinayət təklifini dəstənin üzvü - yerli qadının verməsi barədə şübhələr yaradıb.
Sonradan məlum olub ki, evindən 800 ABŞ dolları, 265 manat və 6690 manat dəyərində qızıl-zinət əşyasının aparıldığı xəbərini məhz həmin qadının bibisi verib.
Bakıdan Cəlilabada Emin Məmmədovun "Opel” markalı avtomobili ilə gələn dəstə üzvləri, geriyə elə həmin maşınla - həm də "əli dolu” qayıdıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.
Oxşar xəbərlər
Oğurluq etdikləri evləri yandıran dəstə üzvləri saxlanılıb
Neftçalada oğurluq etdikləri evləri yandıran dəstə üzvləri saxlanılıb.Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Neftçala...