Yasamalda binanın zirzəmisində top mərmisi aşkarlanıb - FOTO

Yasamalda binanın zirzəmisində top mərmisi aşkarlanıb - FOTO
Foto
Hadisə 706

Dekabrın 3-də saat 14:10-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhərinin Yasamal rayonunun Şəfayət Mehdiyev küçəsi ev 323 “E” ünvanında binanın zirzəmisində təmir işləri aparılarkən mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan BAKU.WS-ə bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, Bakı Şəhər Baş Polis İdarəsinin Yasamal Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları qeyd olunmuş əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 122 millimetrlik top mərmisi (OF-56) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 210 kvadratmetr əraziyə yerüstü və yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Oxşar xəbərlər

Azərbaycanın bu rayonunda “PQ-7V” raketi taplıb - FOTO

Azərbaycanın bu rayonunda “PQ-7V” raketi taplıb - FOTO

Bu gün saat 12:03-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində mərminin t...

763 Hadisə 21:57 24 noyabr 2019

Son xəbərlər