Qusar rayonunda ictimai qaydanın qorunmasının, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq məqsədi ilə, rayon mərkəzindən uzaqlığını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə, Şahdağ Qış-Yay Turizm Kompleksinin də daxil olduğu Zindan-Muruq, Kuzun, Aladaş və Ləzə kəndlərini əhatə edən ərazi polis bölməsi yaradılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 21-də həmin ərazidə inşa edilmiş ən müasir standartlara uyğun inzibati binanın açılışı olub.
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib, tapşırıq və tövsiyələrini verib.
Ziya Səccad
BAKU.WS
Ramil Usubovdan yeni əmr
21
avq
2015
1 857