VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Beynəlxalq Banka kredit borcu olub qaytarmadığı üçün həbs edilən bütün 17 iş adamının həbs müddəti uzadılıb.

BAKU.WS
-in məlumatına görə, bunu virtualaz.org saytına açıqlamasında vəkil Kamandar Nəsibov deyib.

K.Nəsibovun sözlərinə görə, həbs edilən bütün biznesmenlər DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin ("Bandotdel”) və Ədliyyə Nazirliyinin 1 saylı istintaq təcridxanalarında saxlanılırlar.

Xatırladaq ki, bir neçə ay əvvəl ölkənin onlarla aparıcı iş adamı "Bandotdel” əməkdaşları tərəfindən saxlanılıb. Onlar Beynəlxalq Bankdan götürdükləri kreditləri qaytara bilmədikləri üçün qanun qarşısında cavab veriblər.

BAKU.WS