SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Dövlət Televiziya kanalının efirində yayımlanan "Parlaq Zəka” verilişinin çəkilişləri və yayımı dayandırılıb. 

BAKU.WS-in məlumatına görə, verilişin rəsmi Facebook səhifəsində bu barədə məlumat yerləşdirilib. 

"Hörmətli tamaşaçılar, "Parlaq Zəka” verilişinin çəkilişləri və efirdə yayımlanması təxirə salınır. 2013-cü ildən "Parlaq Zəka” intellektual verilişi efirdə yayımlanmaqdadır. Bu müddət ərzində müxtəlif ali təhsil müəssisələrindən 6 tələbə qalib olmuş, 2 tələbə xaricə təhsil almağa göndərilmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, 2016-cı ilin mart ayından etibarən nəzərdə tutulan çəkiliş və efirdə yayımlanma təxirə salınır. Növbəti çəkiliş ilə bağlı əlavə məlumat veriləcək. Ətraflı məlumat üçün:

Höccət Əsədullayev, (+99412) 598-44-43”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, yanvarın 29-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşdə bəyəndiyi, dəstəklədiyi və şəxsən izlədiyi televiziya verilişləri arasında "Parlaq Zəka”nı da vurğulamışdı.
 
BAKU.WS