VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Günə baxan” verilişinin aparıcısı Elgiz Əkbər məzuniyyətə çıxdı.


Aparıcı bu baradə efirdə məlumat verib. BAKU.WS-in Ans press-ə istinadən məlumat verir ki, Elgiz Əkbər bunun ailəsində baş verəcək xoşbəxt hadisə ilə əlaqələli olduğunu bildirib.


"Yaxın günlərdə ata olacam. Xanımımın mənə ehtiyacı var. Ona görə də məzuniyyətə çıxdım ki, xanımımın yanında olum”.

 

 

Bir müddət əvvəl ANS TV-də yayımlanan "Günə Baxan" verilişinin aparıcı ata olmağa hazırlaşdığını deyib. O, bu barədə təsadüfən məlumat verib. O,dietoloq ilə müzakirə edərkən yoldaşının da hamilə olduğunu vurğulayıb.

 
"Biz onun cinsiyyətini bilmirik. O, Allah verən paydır. Əsas odur ki, sağlam doğulsun". - Elgiz Əkbər deyib.


Elgiz Əkbər ötən ilin may ayının 9-da Əsmər adlı xanımla ailə qurub. "Günə Baxan" verilişinin aparıcısının media üçün qapalı olan toyu səsli-küylü keçib. Sərxan Kərəmoğlunun idarə etdiyi toyun aparıcı müğənniləri əməkdar artistlər Firuzə İbadova və Cavanşir Məmmədov idi.

 

BAKU.WS