VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazax rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

BAKU.WS
-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Ağ Köynək kəndində qeydə alınıb.İlkin məlumata görə "VAZ-2107" markalı avtomobillə "QAZ-53" markalı yük avtomobili toqquşub.

Hadisə zamanı "VAZ-2107" markalı avtomobildə olan 1986-cı təvəllüdlü Əfqan Abdullayev, 1992-ci il təvəllüdlü Tamerlan Mehdiyev, 1977-ci il təvəllüdlü Vüqar Musayev ağır bədən xəsarətləri alıblar.

Yaralılar Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Xəsarət alan şəxslərin səhəti ağır qiymətləndirilir.
BAKU.WS