Bakıda avtobus sürücüsü qaydaları pozub qəzaya səbəb oldu - VİDEO

06
noy
2019
11:29
Bakıda qayda pozaraq qəza törədən avtobus sürücüsünün görüntüsü təhlükəsiz şəhər kamerasına qeyd olunub. BAKU.WS Avtosfer.az-a istinadla xəbər verir ki, paytaxtın 28 may küçəsinin sağ zolağında yüksək sürətlə hərəkət edən marşrut avtobusunun sürücüsü, qəfildən sol zolağa keçərək qarşıda dayanmış “Mitsubishi” markalı avtomobillə toqquşur.Yol nəqliyyat hadisəsinə səbəb olan avtobusun sürücüsü həm hərəkət sürətinə riayət etmir, həm də manevr qaydasının tələblərini kobud şəkildə pozur.Ümumilikdə yol nəqliyyat hadisələrinin əksəriyyəti bu iki qaydanın pozulmasına görə baş verir.
Oxşar xəbərlər
Bakıda taksi sürücüsü bir səhvi ilə qəzaya səbəb oldu - VİDEO
Bakıda baş verən qəza anı kameraya düşüb. BAKU.WS avtosfer.az-a istinadla xəbər verir ki, hadisə Rəsulzadə qəsəbəsində baş verib. Avtobus dayanacaqda saxlayıb s...
