SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının mərkəzində 2 nəfərin yüngül xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS
-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində qeydə alınıb.

33 yaşlı Çingiz İsmayılovun idarə etdiyi "Ford Mustang" markalı avtomobil 16 yaşlı Boris Tarasovun sürdüyü "Mercedes"ə çırpılıb.

Nəticədə hər iki sürücü yüngül xəsarətlərlə Kliniki Tibbi Mərkəzə müraciət edib.

Ziya Səccad
BAKU.WS