SİZİN REKLAM BURADA!
055 213 76 73


Şabranda yanğın olub. 

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Şabran şəhəri Nizami küçəsində, Biləcəri Lokomotiv Deposuna məxsus "TEM-27661" markalı teplovozda baş verib.

Hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.  Yanğın söndürülüb və daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Teplovozun mühərrik hissəsi qismən yanıb.

Yanğının səbəbləri araşdırılır.
BAKU.WS