VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 26-da Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postu yaxınlığında yerləşən avtomobil dayanacağında yanğın hadisəsi baş verib. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı qısa zaman ərzində alınıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da dayanacağın ərazisində yerləşən bir neçə avtomobilə maddi ziyan dəyib. Hazırda müvafiq qurumlar tərəfindən yanğının başvermə səbəbləri araşdırılır.

FOTO: Oxu.az
BAKU.WS
VİDEO