Qobustanda faciəvi şəkildə ölən gəncin FOTOları

Qobustanda faciəvi şəkildə ölən gəncin FOTOları
Foto
Hadisə 2975
Qobustan rayonunda faciəvi şəkildə ölən gəncin fotoları yayılıb. BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində 99-UL-587 dövlət nömrə nişanlı "VAZ 2107" və 10-OA-184 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobilləri toqquşub.Qəza nəticəsində 1994-cü il təvəllüdlü Rufullayev Samir Cəfərxan oğlu ağır xəsarətlərdən dünyasını dəyişib. 25 yaşlı gənc subay və evin tək oğlu olub.Qeyd edək ki, həmin qəzada S.Rufullayevdən başqa, Ağsu rayon Daşdəmirli kənd sakini, 1966-cı il təvəllüdlü Rüstəmov Əhmədağa Əhmədalı oğlu da aldığı ağır xəsarətdən hadisə yerində ölüb.Həmçinin Ağsu sakinləri, 1961-ci il təvəllüdlü Şıxəliyeva Fəridə Balda qızı, 1964-cü il təvəllüdlü Rüstəmova Gülzar Balda qızı, Sumqayıt sakini, 1992-ci il təvəllüdlü Verdiyev Seyidağa Elçin oğlu ağır xəsarətlərlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər