Goranboyda ağır qəza - Ər və arvad yaralandı

Goranboyda ağır qəza - Ər və arvad yaralandı
Hadisə 397
Goranboy rayonundan ağır yol qəzası qeydə alınıb. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən hadisə nəticəsində "VAZ 2106" markalı avtomobil qarşısına çıxan mal-qaraya çırpılıb. Qəza nəticəsində sürücü 1995-ci il təvəllüdlü Hüseynov Xəyal Nəsib oğlu və onun həyat yoldaşı Hüseynova Gündüz Vüqar qızı ağır xəsarət alıblar. Yaralılar ətrafdakı insanların yardımı ilə Gəncədə yerləşən xəstəxanalardan birinə gətirilib.

Oxşar xəbərlər

Son xəbərlər