VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Yasamal rayonunda ağacın budağının aşması nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisə Hüseyn Cavid prospektində, metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında baş verib.

Ağacın aşması zamanı 1952-ci il təvəllüdlü Məmmədova Sərvinaz Əhməd qızı, 1980-ci il təvəllüdlü Leyla Abbasova və daha bir nəfər qadın (ad və soyadı hələlik məlum deyil) xəsarət alıb. Hər üç yaralı dərhal 1 saylı Xəstəxanaya yerləşdirilib. Onlardan S.Məmmədovaya ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Digər iki nəfərin vəziyyəti orta ağırdır.

Həmin ağacın daha bir iri budağı da sınaraq avtobus dayanacağının yanına düşüb. Nəticədə xəsarət alan olmayıb. Hadisə zamanı dayanacağa heç bir zərər dəyməyib


Bakının Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 nəfər qadının üstünə tökülüb.

BAKU.WS-in məlumatına görə,  hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadası yaralıları Kliniki Tibbi Mərkəzə çatdırıb.

Yaralılardan birinə kəllə-beyin travması, digər ikisinə onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib.

Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.
BAKU.WS
QALEREYA