SİZİN REKLAM BURADA!
055 213 76 73



 

Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev bir müddətdir ki, Türkiyəyə köçüb.


BAKU.WS
-in məlumatına görə, məlumatı "Yeni Müsavat” yayıb. Qəzet bildirir ki, keçmiş nazir biznesinin əhəmiyyətli hissəsini qardaş ölkəyə köçürüb və hazırda Türkiyədə Ərdoğan iqtidarının himayəsi altındadır.


Qəzet yazır ki, R.T.Ərdoğanla F.Əliyevin münasibətləri çox əvvələ gedib çıxır. Ərdoğan illər öncə siyasi nədənlərlə həbsdə yatarkən Azərbaycandan onu yüksək ranqlı məmur qismində Fərhad Əliyev ziyarət etmişdi. Həmçinin ailəsinə, yaxın çevrəsinə ciddi maddi dəstək verdiyinə dair hələ o vaxtlar iddialar dolaşırdı. Şübhəsiz, onun jesti özfəaliyyət ola bilməzdi. Görünür, o zamankı Azərbaycan iqtidarı uzaqgörənlik nümayiş etdirərək Türkiyə Cümhuriyyətinin yaxın zamanlarda iqtidarı olacaq bir siyasi qüvvənin liderinə ən ağır zamanında jest edib. F.Əliyev illər öncə etdiyi bu addımın bəhrəsini özü türmədə olarkən də gördü. İddialara görə, Fərhad Əliyevlə qardaşının həbsdən əfvlə çıxmasında AKP iqtidarının da israrlı xahişlərinin rolu olub.


"Yeni Müsavat” yazır ki, həbsdə olduğu müddətdə də müxalifətlə, xüsusilə AXCP ilə əlaqəsini kəsməyən, professor Cəmil Həsənli vasitəsilə siyasətdə öz gələcək iddialarını qoruyan Fərhad Əliyev içindəki ən böyük arzusuna - Azərbaycan prezidenti olmaq - yenidən start verib. Qəzetin iddiasına görə, Azərbaycanda və regionda gedən proseslər sabiq naziri yenidən şirnikləndirib: "Ciddi mənbələr bildirir ki, F.Əliyev Bakıdakı müttəfiqləri ilə əlaqələri intensivləşdirib. Onun qədim müttəfiqi də çoxlarının bildiyi kimi, Milli Şuranın sədri Cəmil Həsənlidir. F.Əliyev cəza evində yatarkən C.Həsənli onun hüquqlarının müdafiəsi komitəsinin sədri olub. Onların arasında həmkəndlilik və qohumluq əlaqələri də var.


Məlumatlara görə, F.Əliyev C.Həsənli üzərindən hazırda dağınıq və perspektivsiz durumda olan müxalifətlə - konkret yazsaq, AXCP ilə də iş aparır. Bu gizli ittifaqın Azərbaycanda qarışıqlıq yaratmaq, hazırkı iqtisadi vəziyyətin yaratdığı sosial gərginliyi siyasi xaosa çevirmək planlarının olduğu də istisna edilmir”.


BAKU.WS