Mahnını bəyənməyən azərbaycanlı DJ-i belə öldürdü - ŞOK VİDEO

Mahnını bəyənməyən azərbaycanlı DJ-i belə öldürdü - ŞOK VİDEO
Video
Hadisə 20075
Rusiyanın Leninqrad vilayətinin Kirov rayonunda kafedə dava baş verib. BAKU.WS 47news.ru-ya istinadla xəbər verir ki, kafedə DJ-lə azərbaycanlı müştəri arasında mübahisə yaranıb.Həmyerlimiz təkid edərək mahnının dəyişdirilməsini istəyib. Ancaq DJ mahnını dəyişməkdən imtina edib. Qəzəblənən azərbaycanlı bıçaqla DJ-yə hücum çəkib və onun ürəyinə bıçaq sancıb.13 oktyabr tarixində Kirov rayonunun, "Ladojskoya" küçəsindəki kafedə baş verən cinayətin bəzi detalları məlum olub. Ürəyindən bıçaqlanan DJ-i xəstəxanaya çatdırıblar, amma həkimlər onun həyatını xilas edə bilməyib. İlkin məlumata görə, kadrlarda görünən ofisiant ölən DJ-in qardaşı olub. Qeyd edək ki, cinayəti törədən şəxsin Azərbaycan diasporasının nümayəndəsi olduğu iddia olunur.

Son xəbərlər