“Yanğının qarşısı alınıb” - Balakişi Qasımovdan İTV binasındakı yanğınla bağlı açıqlama
28
sen
2019
02:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün axşam saatlarında İctimai Televiziya və Radio Yayımları Şirkətinin binasında yanğın hadisəsi baş verib.Şirkətin baş direktoru Balakişi Qasımovun Oxu.Az-a verdiyi məlumata görə, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb. İTV-nin rəhbəri saytımıza verdiyi açıqlamada göstərdikləri operativliyə görə müvafiq qurumlara təşəkkürünü də bildirib. İlkin ehtimallara görə, yanğına elektrik naqillərində baş verən nasazlıq səbəb olub. Yanğının dəqiq səbəbi araşdırmadan sonra məlum olacaq.
Oxşar xəbərlər
Bakının mərkəzində baş verən yanğının görüntüləri - VİDEO
Ötən gün axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada yanğın olub.Fövqəladə Hallar Nazirliyinindən BAKU.WS-ə verilən məluma...