Bakıda gəlinini baltalayan qayınata haqda ŞOK DETAL- Zorlamaya görə məhkum olunub
24
sen
2019
16:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Bakıda gəlinini vəhşicəsinə öldürən Firdovsi Əkbər oğlu Məhərrəmov barədə yeni təfərrüatlar məlum olub.BAKU.WS-in əldə etdiyi məlumata görə, gəlini Cəmilə Fərhad qızı Məhərrəmovanı baltalayan şəxs əvvəllər zorlamaya görə məhkumluq həyatı yaşayıb.
Belə ki, Firdovsi Məhərrəmov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149-cu maddəsilə məhkum olunub.Hadisə ilə bağlı qətlə yetirilən Cəmilə Fərhad qızı Məhərrəmovanı dayısı qızı T.H. BAKU.WS-ə bildirib ki, həmin şəxs vaxtilə təcavüzə görə tutulubmuş.“O, təzəliklə həbsxanadan çıxıb”, - deyə T.H bildirib.Hadisəyə gəlincə, qadın bildirib ki, qaynata gəlinini azyaşlı uşaqların gözü qarşısında öldürüb:“Torpaq üstündə mübahisələri olub. Əvvəllər bu mövzuda məhkəmələri də olub. Torpaqları da bölünüb, tərəflər narazı qalıblar.Evdə heç kim olmayanda uşaqların gözü qarşısında vurub. Qadının arxa tərəfdən başına 12 balta zərbəsi vurub.Qayınata evdə heç kim olmayanda uşaqlara dondurma alıb, sonra qapını bağlayıb, uşaqları evdə qoyub. Gəlinin dalınca gedib, başından vurub. Evdə olan 1, 3 və 6 yaşlı uşaqlar pəncərədən baxıblar”.Ziya SƏCCAD
Oxşar xəbərlər
Bakıda dəhşətli cinayət - Kişi gəlininin başını balta ilə əzdi
Ötən gün Bakıda dəhşətli cinayət baş verib.BAKU.WS xəbər verir ki, hadisə dünən saat 19 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış...