Düşmən çayın qarşısını kəsdi, kənd susuz qaldı - FOTO
22
sen
2019
13:30
Tovuzun Əlibəyli kənd sakinləri susuzluqdan əziyyət çəkir.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, uzun illərdir ki, onlar başlanğıcını Ermənistanın Berd rayonundan götürən bir çayın ümidinə yaşayırlar.Nə qədər ki ermənilərə su lazımdır çayın qarşısı kəsilir, ermənilər öz təsərrüfatlarının suvarılmasında istifadə edirlər. Onlara lazım olmadıqda isə yağışlar yağmadığı halda ehtiyat məqsədilə çayın qarşısında yaratdıqları su anbarları doldurulur.Əgər burdan su artarsa, o halda ermənilər suyun qarşısını açırlar. Çay gəlmədikdə ermənilərin 500 metr addımlığında yaşayan Əlibəylilər həyatlarını təhlükə altına qoyub çayın qarşısını açmaq üçün çayın mənbəyinə gedirlər. Kənd sakinləri bu çayın suyundan həm içməli su kimi, həm də suvarmada istifadə edirlər.Sakinlərin suya olan tələbatlarının ödənilməsi məqsədilə 90-ci illərdə artezian quyusu da qazılıb. Hətta bir nəfər də erməni gülləsindən ağır yaralanıb. Bundan sonra artezian idarəsi işləri yarımçıq qoyub gedib. Quyu indiyədək sakinlər tərəfindən qorunub saxlanılır.Hətta quyunun ağzına bir daş da qoyublar ki, daş, qumla dolmasın. Sakinlər deyir ki, artezianın quraşdırılıb istifadəyə verilməsi ilə bağlı aidiyyatı orqanlara dəfələrlə müraciətləri olub.
Qalereya
Oxşar xəbərlər
Rusiya təbii fəlakətə təslim oldu - 12 ölü
Rusiyanın İrkutsk vilayətində İya çayının səviyyəsinin qalxması nəticəsində 12 nəfər həlak olub.BAKU.WS-in məlumatına görə, çayın səviyyəsi normadan 7 metr çox...