VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuzda 4 metr dərinliyində quyuya düşən 2 yaşlı qız uşağı xilas edilib. 

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

2 yaşlı Ayan Qasımova nəzarətsiz qalaraq sanitar qovşağının quyusuna düşüb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin Tovuz Rayon şöbəsinin Xilasetmə Qrupunun əməkdaşları cəlb edilib.

Yarım saatlıq əməliyyatdan sonra azyaşlı quyudan çıxarılıb. 20 dəqiqədən çox quyuda qalan uşaq xəsarət almasa da ona yerindəcə tibbi yardım göstərilib.

Daha sonra qızcığaz ailəsinə təhvil verilib.
BAKU.WS
VİDEO

QALEREYA