VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu həlak olub.

Bu barədə BAKU.WS Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!
BAKU.WS