70 yaşlı kişi keçmiş kürəkənini niyə öldürüb? - TƏFƏRRÜAT
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Salyanda 70 yaşlı kişinin keçmiş kürəkənini öldürməsinin bəzi təfərrüatları məlum olub.
BAKU.WS xəbər verir ki, 1985-ci il təvəllüdlü Faiq Məlikov, gecə saatlarında uşaqlarını görmək adıyla rayonun Qarabağlı kəndində yaşayan keçmiş qayınatası Məlikağa Əliyevin evinə gəlib.
Bu zaman yatılı vəziyyətdə olan Məlikağa Əliyev evdə tək olub. Keçmiş qayınatasına hücum edən Faiq Məlikovla 70 yaşlı kişi arasında əlbayaxa dava baş verib. Davanın davamında isə ev sahibi qızının keçmiş ərinə 4 bıçaq zərbəsi yetirərək onu qətlə yetirib.
Məlumata görə, yaşlı kişi hadisə barədə əvvəlcə ailə üzvlərinə, daha sonra polisə məlumatı verib.
Qeyd edək ki, rayonun Kərimbəyli kəndinin hadisə nəticəsində ölən sakini Faiq Məlikov həyat yoldaşı Rəvanə Əliyeva ilə ötən ilin noyabrında ayrılıblar. Onların iki övladı olub. Faiq Məlikov kənddə şadlıq evində aşpaz işləyirmiş.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...