70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib
Məmmədov Qəhrəman Şamil oğlu barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
"Report"un xəbərinə görə, müəyyən edilib ki, Məmmədov Qəhrəman Şamil oğlu Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 206.3.3 (ölkə hüdudlarından kənarda qaçaqmalçılıq) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Q.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Q.Məmmədovun əvvəllər Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə işlədiyi və son olaraq Azərbaycanın Səudiyyə Ərəbistanındakı Səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərdiyi barədə məlumatlar var.
Oxşar xəbərlər
Yasamal və Xəzər rayonlarında iki nəfər dəm qazından zəhərlənərək ölüb
Bakıda kişi dəm qazından zəhərlənərək ölüb. BAKU.WS report-a istinadən xəbər verir ki, Yasamal rayonu, Ü.Əkbərov küçəsində kirayə yaşayan Muradov Faiq Yusif oğl...