7 il əvvəl əmisi qızını öldürən şəxslə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

7 il əvvəl əmisi qızını öldürən şəxslə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
Hadisə 192

Masallıda qadının qətli ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2015-ci il iyulun 6-da Masallı rayonunun Təklə kənd sakini Səidə Cəfərovanın itkin düşməsi barədə daxil olan məlumatla əlaqədar 2019-cu il iyunun 11-də Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə cinayət işi başlanılılıb.

Araşdırmalarla Təklə kənd sakini Əfrail Məmmədovun 2015-ci il iyulun 5-də kənd ərazisində əmisi qızı S.Cəfərovanı bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə başlanılan cinayət işi Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

7 il əvvəl əmisi qızını öldürən şəxslə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər