Sabirabadda maşın su kanalına aşıb, sürücü ölüb
 
                            
                            
                                15
                                sen
                            
                                2019
                                11:22
                            
                            
                        Sabirabad rayonunun Padarçöl kəndində ölümlə nəticələnən yol qəzası baş verib.BAKU.WS "Report"a istinadla xəbər verir ki, Saatlı rayonunun 1965-ci il təvəllüdlü Cəfərxan kənd sakini Əliyev Nizami Bəymirzə oğlunun sükanı arxasında olduğu "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.Nəticədə N.Əliyev hadisə yerində dünyasını dəyişib. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Qubada avtomobil aşıb, sürücü və maşında olan uşaq ölüb
Qubada iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi xəbərə görə, rayonun Rustov kənd sakini Emin Əzizov Q...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    