Güllələnərək öldürülən vəkil Firudin Ələkbərli kimdir? - FOTO

13
sen
2019
10:03
Tovuzda güllələnən vəkil Firudin Ələkbərli haqqında yeni məlumatlar əldə etmişik. BAKU.WS-in məlumatına görə, Firudin Ələkbərli Tovuz rayon Xalq məhkəməsinin (indiki Tovuz rayon Məhkəməsi) sədri vəzifəsində çalışıb və fəaliyyətində qanunu kobudcasına pozduğuna görə 1995-ci ilin mayında Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin təqdimatını nəzərə alaraq, “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq onu vəzifədən azad etmiş və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum etmişdir.Özünü vəkil kimi təqdim edən Firudin Ələkbərli Vəkillər Kollegiyasının üzvü olmayıb. Sadəcə nümayəndə kimi məhkəmələrdə təmsil olunub."Göl Əli" kimi tanınan şəxs Tovuz rayonunda məhşur "Qaz Bulu" adlanan gölün müdiridir.Rayonda çox imkanlı adam kimi tanınır.
Qalereya
Oxşar xəbərlər
SON DƏQİQƏ! Azərbaycanda tanınmış vəkili güllələyib öldürdülər - FOTO - YENİLƏNİB
Vəkil Firudin Ələkbərlini güllələyən şəxs polislər tərəfindən saxlanılıb. ***09:56Tovuz rayonunda güllələnən vəkil Firudin Ələkbərli xəstəxanada dünyasını dəyiş...