VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda daha bir sərnişin avtobusunun sürücüsü özbaşınalıq edib və kobud qayda pozuntusu ilə sərnişinlərin həyatını təhlükə altına atıb.

BAKU.W
S xəbər verir ki, sosial şəbəkələrdə bu hadisənin görüntüləri yayılıb. Videodan da göründüyü kimi 57 nömrəli avtobusun sürücüsü maşını təhlükəli şəkildə idarə edir. Sürücü sükan arxasında telefonla oynayır. Üstəlik avtobusu necə gəldi idarə edir.

Həmin avtobusun dövlət nömrə nişanı 90 RB 443, Bakı Nəqliyyat Agentliyinin təyin etdiyi xətt nömrəsi isə 22045-dir.

Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, məsələ araşdırılacaq və məsələyə münasibət bildiriləcək.
BAKU.WS
VİDEO